Andro Cicinadze, Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən daha 9 nümayişçinin prosesində Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı ifadə verib
Andro Cicinadze, Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən daha 9 nümayişçinin prosesində Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı ifadə verib

 

Andro Cicinadze, Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən daha 9 nümayişçinin prosesində Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı ifadə verib.

Andro Cicinadze, Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən daha 9 nümayişçinin prosesində ittiham tərəfinin bir şahidi Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı Davit Zeqardeli ifadə verib.

Davit Zeqardeli parlamentin yaxınlığında aksiyada başına daş dəydiyini və xəsarət aldığını bildirib.

O, daşı kimin atdığını görmədiyini deyib.

“Aksiya iştirakçıları daş, pirotexniki vasitələr atırdılar, lazerlə işıq salırdılar. Qalxanıma bir neçə daş dəydi, başımdan xəsarət aldım və tibb briqadası mənə yardım göstərdi. Parlamentin yanına getdikdən yarım saat sonra xəsarət aldım. Bu şəxsləri tanımıram, lakin kimin günahı sübuta yetirilsə, cavab verməlidir” – Davit Zeqardeli bildirib.

Müttəhim İrakli Keraşvili prosesin yubanması ilə bağlı bəyanat verib.

Onun sözlərinə əsasən, ittiham tərəfi bir və ya iki şahidi dindirir və vaxtdan səmərəli istifadə etmək olmur.

Proses iyulun 24-də yenilənəcək.