Andro Cicinadze, Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən 9 nümayişçinin prosesində DİN-in Xüsusi Tapşırıqlar Departamentinin, eləcə də Fövqəladə Halların əməkdaşları ifadə veriblər
Andro Cicinadze, Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən 9 nümayişçinin prosesində DİN-in Xüsusi Tapşırıqlar Departamentinin, eləcə də Fövqəladə Halların əməkdaşları ifadə veriblər

 

Andro Cicinadze, Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən 9 nümayişçinin prosesində ittiham tərəfinin iki şahidi – DİN-in Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşı və Fövqəladə Halların əməkdaşı ifadə veriblər. Onlar Rustavelidə aksiyalar zamanı aldıqları xəsarətlərdən danışıblar.

Fövqəladə Hallar Xidmətinin əməkdaşının dediyi kimi, dekabrın 2-də parlamentin daxili ərazisində olub və daşı kimin atdığını görməyib, lakin qeyd edib ki, təqsirləndirilən 11 şəxsin hamısına qarşı iddiası var.

Vəkillər onun Tsetsxladze və onunla birlikdə təqsirləndirilən 7 nümayişçinin işində də zərərçəkmiş statusunun olması, bir daşı neçə nümayişçinin ona atması və ya dekabrın 2-də xəsarət alıbsa, dekabrın 2-də keçirilən aksiyada olmayan təqsirləndirilən şəxslərə qarşı niyə iddiasının olması ilə maraqlanıblar.

Şahid buna cavab olaraq deyib ki, həmkarlarının xəsarətləri ilə bağlı da iddiaları var və qrup zorakılığında iştirak edənlərin hamısı cəzalandırılmalıdır.

Bu gün Andro Cicinadze və Onise Tsxadadze İrakli Kobaxidzenin bəyanatına münasibət bildiriblər və deyiblər ki, bu, təqsirsizlik prezumpsiyasının pozulması və hakimə həbs hökmü çıxarması üçün göstərişdir.

Növbəti məhkəmə prosesi iyulun 29-na təyin edilib.