Andria Jaghmaidze – Patriarxın dəfni üçün ayrılan vəsaitin əsas hissəsinin xərclənmədiyi bizə əvvəldən məlum idi. Ümid edirəm ki, bundan sonra Patriarxın adından əsassız böhtanlar üçün istifadə olunmasına son qoyulacaq

10:16, 16.09.2026

Patriarxın dəfni üçün ayrılan vəsaitin əsas hissəsinin xərclənmədiyi bizə əvvəldən məlum idi. Bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, protoiyerey Andria Caqmaydze sosial şəbəkədə yazıb.
Caqmaydze bu məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin açıqlamasını paylaşaraq bildirib:

“Xüsusilə həmin dövrdə xanım Tika Ruxadze ilə tez-tez əlaqə saxlayırdıq və elə ondan da bilirdik ki, müxtəlif xidmətlər göstərən təşkilatlar və ayrı-ayrı şəxslər əksər hallarda qonorar və ya əmək haqqından imtina ediblər.

Bunu Baş nazir də açıq şəkildə təsdiqlədi və ümid edirəm ki, bundan sonra Patriarxın adından əsassız ittihamlar və böhtanlar üçün istifadə olunmasına son qoyulacaq”, – deyə Andria Caqmaydze yazıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, “Patriarxın dəfni ilə bağlı ilkin məlumatlara görə, üç milyon lari vəsait ayrılmışdı və bunun yalnız 722 min larisi xərclənib. Əgər kimsə pul mənimsəmək istəsəydi, üç milyon larinin hamısını da rahatlıqla istifadə edə bilərdi”.

Oxşar