Andria Cağmaidze – Hər hansı şiddətdən çəkinirik, hər kəsi təcavüzkar hərəkətlərdən çəkinməyə çağırırıq
Patriarxlığın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri baş rahib Andria Cağmaidze, hər cür şiddətin qətiliklə qəbuledilməz olduğunu söyləyir.
Andria Cağmaidze hər kəsi təcavüzkar hərəkətlərdən və şiddətdən çəkinməyə çağırır.
“Şiddət qətiliklə qəbuledilməzdir, hər cür şiddətdən çəkinirik, hər kəsi təcavüzkar hərəkətlərdən və şiddətdən çəkinməyə çağırırıq. Məsuliyyət ilk növbədə Tbilisi Pride təşkilatçılarının üzərinə düşür. Çünki xalqın reaksiyasına baxmayaraq, planlarını dəyişdirmədilər”, – dedi Andria Cağmaidze.