Andria Cağmaidze əfv məsələsini yenidən qaldıracaqlarını və bu mövzuda hakimiyyətlə danışacaqlarını bəyan edir
Andria Cağmaidze əfv məsələsini yenidən qaldıracaqlarını və bu mövzuda hakimiyyətlə danışacaqlarını bəyan edir

 

Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Cağmaidze hakimiyyət yanında əfv məsələsini yenidən qaldıracaqlarını bildirib.

Jurnalist Andria Cağmaidzeyə sual ünvanlayıb: “Aprelin 9-da Patriarxın seçilməsindən sonra vicdan məhbusları məsələsinə yenidən baxılacağını demişdiniz, patriarxlıq yenidən “Gürcü Arzusu”na müraciət edə bilərmi? bu gün bizə nə deyə bilərsiniz? Üçüncü Şionun vicdan məhbuslarının əfvi ilə bağlı mövqeyini bilirsinizmi?”.

Cağmaidze cavab olaraq bu məsələnin hələ də qüvvədə olduğunu qeyd edib.

“Mən onda demişdim ki, məsələni yenidən qaldıracağıq və hakimiyyətlə bu barədə danışacağıq, təsdiqləyirəm, belə olacaq. İndi planlar, nə vaxt nə olacağı barədə danışmaq çox çətindir. İndi qaydasına salmalı olduğumuz çox şey var. Sizə deyirəm ki, bu olacaq” – Cağmaidze qeyd edib.