Andrey Yermak bəyan edir ki, Polşa Ukraynaya 14 ədəd “Leopard” ilə birlikdə, 60 ədəd “PT-91” tanklarını da verəcək
Ukrayna prezidenti ofisi rəhbəri, Andrey Yermak bəyan edir ki, Polşa Ukraynaya 14 ədəd “Leopard” ilə birlikdə, 60 ədəd “PT-91” tanklarını da verəcək. Bu barədə Yermak öz “telegramında” yazır.
“Müttəfiqlərə təşəkkürlər. Düşməni dağıdacağıq”, – Yermak yazdı.
Ukrayna ordusu üçün tankların verilməsi barəsində Kanada mediasına müsahibəsində Polşanın baş naziri də danışdı.
“Biz çalışırıq nümunə olaq. Polşa yarım il əvvəl 250 tankı ən birinci göndərdi. Qərbi Avropada partnyorlarımıza dedik, artıq neçı tank vermişik və bu cür müharibədə müasir tankların olması nə qədər vacibdir. Rusların anbarlarda bir neçə min, bəzi göstəricilərlə isə, 15 mindən artıq tankları var”, – Polşa baş naziri, Mateuş Moravetski bəyan etdi.