Andrey Sibiqa – Rusiya-Ukrayna müharibəsində ədalətli sülhə doğru irəliləyişə nail olmaq Birləşmiş Ştatlar olmadan qeyri-realdır, prosesi gücləndirmək üçün Ukraynanın yaradıcı ideyaları var

16:00, 22.08.2026

 

Rusiya-Ukrayna müharibəsində ədalətli sülhə doğru irəliləyişə nail olmaq Birləşmiş Ştatlar olmadan qeyri-realdır – bu haqda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Almaniyanın xarici işlər naziri Yohan Vadepul ilə birgə mətbuat konfransında deyib.

O, Ukraynanın ABŞ-nin daha fəal iştirakına ehtiyacı olduğunu bildirib.

“Biz bu cür iştirakı təqdir edirik. Amerika tərəfinin nümayiş etdirdiyi liderliyi təqdir edirik. Yekun olaraq, amerikalılar, ABŞ olmadan bu vəziyyətdə irəliləyişə nail olmaq və ədalətli sülhü bərqərar etmək qeyri-realdır” – Andrey Sibiqa bildirib.

Onun sözlərinə əsasən, həmkarı ilə görüşdə Avropanın sülhməramlı səylərdə rolunu müzakirə ediblər.

“Prosesi maksimum dərəcədə gücləndirmək üçün Ukraynanın ideyaları, o cümlədən yaradıcı ideyaları var. Biz ABŞ danışıqlar qrupunun gəlişini səbirsizliklə gözləyirik. Yohanla mən bu sülh səylərində Avropanın rolunu da müzakirə etdik” – Sibiqa qeyd edib.

Ukraynanın xarici işlər nazirinin bəyan etdiyi üzrə, yeganə maneə Rusiya Prezidenti Vladimer Putindir.

“Yeni, fəal siyasi və diplomatik mövsüm, ilk növbədə, bu müharibəni necə sona çatdırmağa fokuslanmalıdır. Bunun üçün bir və praktiki olaraq yeganə maneə var – Putin. Döyüş meydanında Rusiya tərəfinin ciddi danışıqlara hazır olduğuna dair heç bir əlamət yoxdur. Əksinə, terroru gücləndiriblər” – Andrey Sibiqa bildirib.

Bununla yanaşı, onun sözlərinə əsasən, Ukraynaya yardım baxımından birinci yerdə duran Almaniyanın təhlükəsizlik, müdafiə və gələcək bərpa sahələrində genişləndirilməsi planlaşdırılan əməkdaşlıqda aparıcı rol oynaması ədalətlidir.

“Bütün bunlar daha da genişmiqyaslı olacaq. Müdafiə sənayesində konkret layihələr. Ballistik raketlərə qarşı koalisiyanın yaxşı irəliləyiş əldə etməsindən və Almaniyanın orada fəal rol oynamasından çox şadam. Alman şirkətləri olmadan bunun reallığa çevrilməsini təsəvvür etmək çətindir” – Sibiqa qeyd edib.

Oxşar