Andrey Sibiqa – Müstəqillik Günü ərəfəsində tək olmadığımızı, müttəfiqlərimizin yanımızda olduğunu hiss edirik
“Nordik-Baltik səkkizliyi”nin liderləri Ukraynaya gəliblər. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat yayır.
O, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva və Norveç liderlərinin öz nümayəndə heyətləri ilə birlikdə Kiyevdə olduqlarını deyib.
“Müstəqillik Günümüz ərəfəsində tək olmadığımızı hiss edirik. Müttəfiqlərimiz bizim yanımızdadır” – Andrey Sibiqa yazır.
Bununla yanaşı, onun verdiyi məlumata əsasən, “Nordik-Baltik səkkizliyi”nin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək, ikitərəfli və çoxtərəfli danışıqlar aparacaqlar.
Ukraynanın xarici işlər naziri görüş zamanı tərəflərin vacib qərarlar qəbul edəcəklərini bildirib.
Avqustun 24-də Ukrayna Müstəqillik Gününü qeyd edir. Bu gün Kiyevdə liderlərin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etməli olduqları “İstəklilər Koalisiyası”nın görüşü keçiriləcək.