Andrey Sibiqa bildirir ki, Ukrayna rus qazının Avropa İttifaqı ölkələrinə tranzitini dayandırmaqla, Rusiyanı Avropaya son təsir vasitələrindən birindən məhrum edib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hesab edir ki, Ukrayna rus qazının Avropa İttifaqı ölkələrinə tranzitini əngəlləməklə, Rusiyanı Avropaya son təsir vasitələrindən birindən məhrum edib.
Ukraynanın xarici işlər naziri deyib ki, o, əmindir ki, Ukrayna ərazisindən keçməklə rus qazının tədarükünün dayandırılması Rusiyanın Avropaya təsir etmək və qazdan silah kimi istifadə etmək qabiliyyətini azaldacaq.
“Ukrayna təkcə rus qazının tranzitini əngəlləmədi, həm də Putini Avropaya son təsir vasitələrindən birindən və enerjidən silah kimi istifadə etmək imkanından məhrum etdi. Avropa və dünya rus qazı, nefti və digər asılılıqları olmadan, eləcə də Rusiyanın özü olmadan daha təhlükəsiz olacaq” – Sibiqa yazır.
Xatırladaq ki, yanvarın 1-dən Kiyev rus qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitini dayandırıb.