Andrey Babiş, Rusiya Baltikyanı ölkələrdən hər hansı birinə hücum edərsə, Praqanın NATO öhdəliklərini yerinə yetirəcəyini bildirir
Andrej Babis arrives at the Prague Castle tone appointed as prime minister in Prague, Czech Republic, Wednesday, June 6, 2018. The Czech Republic's president Milos Zeman has again sworn in billionaire Andrej Babis as the prime minister in a move that could see the Communist Party taking a share of power for the first time since the 1989 anti-Communist Velvet Revolution. (AP Photo/Petr David Josek)
Çexiyanın Baş naziri Andrey Babiş, Rusiya Baltikyanı ölkələrdən hər hansı birinə hücum edərsə, Praqanın NATO öhdəliklərini yerinə yetirəcəyini bildirir.
Babiş, təhlükəsizlik çağırışlarını ölkə prezidenti ilə müzakirə edəcəyini deyir.
“Bu barədə ucadan danışmamağımız və jurnalistlərin material əldə edə bilməməsi o demək deyil ki, biz bu məsələ üzərində işləmirik. Əlbəttə ki, hazırlaşırıq. Tanrı eləməsin, Rusiya Baltikyanı ölkələrdən hər hansı birinə hücum edərsə, 5-ci maddəyə uyğun olaraq iki briqada göndərməliyik” – Çexiyanın Baş naziri bildirib.
Məlumat üçün bildirək ki, Qərbi Avropa hökumətləri və kəşfiyyat xidmətləri Rusiyanın hibrid hücumları, o cümlədən təxribatları və ya məhdud hərbi hücumu gücləndirməsi ehtimalının artdığını bəyan edirlər.