Andrei Sibiqa - Yerevanda təmaslarımızdan sonra Maka Bocorişvili ilə dialoqu davam etdirməyimə şadam, Ukrayna-Gürcüstan münasibətlərinin normallaşdırılmasında qarşılıqlı maraq barədə razılaşdıq
Andrei Sibiqa - Yerevanda təmaslarımızdan sonra Maka Bocorişvili ilə dialoqu davam etdirməyimə şadam, Ukrayna-Gürcüstan münasibətlərinin normallaşdırılmasında qarşılıqlı maraq barədə razılaşdıq

 

Ukraynanın xarici işlər naziri Andrei Sibiqa Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili ilə telefon danışığı haqqında sosial şəbəkədə paylaşım edir.

Sibiqanın yazdığı kimi, bugünkü telefon danışığı zamanı Ukrayna-Gürcüstan münasibətlərinin normallaşdırılmasında qarşılıqlı maraq barədə razılaşıblar.

“Yerevanda son təmaslarımızdan sonra gürcü həmkarım Maka Bocorişvili ilə dialoqu davam etdirməyimə şadam. Bugünkü telefon danışığı zamanı ölkələrimiz arasında konstruktiv dialoqu qeyd etdik və Ukrayna-Gürcüstan münasibətlərinin normallaşdırılmasında qarşılıqlı maraq barədə razılaşdıq. İkitərəfli münasibətləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə etdik. Həmçinin, ikitərəfli əməkdaşlığı irəlilətməyə və aktiv təmasları qoruyub saxlamağa hazır olduğumuzu təsdiqlədik” – Sibiqa sosial şəbəkədə yazır.

Gürcüstanın Xarici İşlər Nazirliyi də Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə Ukraynanın xarici işlər naziri Andrei Sibiqa arasında telefon danışığı haqda məlumat yayıb.

Xatırladaq ki, mayın 4-də Yerevanda Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində Andrei Sibiqa və Maka Bocorişvili arasında görüş keçirilib.