Andrei Sibiqa - Ukrayna bir-birinin hava limanlarına hücumların dayandırılması məqsədilə Avropanın Rusiya ilə vasitəçilik rolunu oynamasını istəyir
Ukrayna bir-birinin hava limanlarına hücumların dayandırılması məqsədilə Avropanın Rusiya ilə vasitəçilik rolunu oynamasını istəyir – bu haqda Ukraynanın xarici işlər naziri Andrei Sibiqa “Politico”ya müsahibəsində açıqlayıb.
“Ehtimal ki, sülhməramlı səyimizdə Avropanın yeni roluna ehtiyacımız var, ola bilsin, dırnaqarası hava limanları atəşkəsinə nail olmağa çalışaq” – Sibiqa bildirib.
Ölkənin əsas diplomatının qeyd etdiyi kimi, Putinin razılaşmaya qoşulmaq üçün stimulu ola bilər, çünki Moskvanın Şeremetievo Beynəlxalq Hava Limanı və Sankt-Peterburqun Pulkovo Hava Limanı da daxil olmaqla Rusiyanın mühüm nəqliyyat mərkəzləri Ukraynanın uzaqmənzilli zərbələrinə görə getdikcə daha çox həssas olur.
“Politico”nun yazdığı kimi, Kiyev Avropadan Vaşinqtonu əvəz etməsini istəmir. Sibiqanın sözlərinə əsasən, Avropanın istənilən səyi ABŞ-nin rəhbərliyi ilə diplomatiyanı gücləndirməli və rəqabətli trayektoriyaların yaranmasından qaçınmalıdır.