Andrei Sibiqa – Təzyiq Kiyevə yox, Rusiyaya göstərilməlidir, zəiflik, güzəştə getmək terroru və təcavüzü dayandırmayacaq
Təzyiq Kiyevə yox, Rusiyaya göstərilməlidir – bu barədə Ukraynanın xarici işlər naziri Andrei Sibiqa X sosial şəbəkəsində yazır və Rusiya tərəfindən Kiyevə edilən hücuma münasibət bildirir.
“Rusiyanın Ukraynanın öz regionlarından çəkilməsinə dair dünənki maksimalist tələbləri, bu qəddar zərbələrlə birlikdə sülhə maneənin Ukraynanın deyil, Rusiyanın olduğunu göstərir. Təzyiq Kiyevə yox, Rusiyaya göstərilməlidir” – Sibiqa yazır.
Sibiqanın yazdığı kimi, Putin sözlərlə deyil, əməli ilə nümayiş etdirir və heç bir sülh səyinə hörmət etmir.
“Zəiflik və güzəştə getmək onun terrorunu və təcavüzünü dayandırmayacaq. Yalnız güc və təzyiq bunu bacaracaq” – Andrei Sibiqa yazır.