Andrei Sibiqa – Rusiya bir daha ABŞ-la razılaşmanı pozdu və Xersonun enerji obyektinə zərbə endirdi

16:39, 01.04.2025

 

Rusiya bir daha ABŞ-la razılaşmanı pozdu və Xersonun enerji obyektinə zərbə endirdi – bu haqda Ukraynanın xarici işlər naziri Andrei Şibiqa bəyan edib.

Ukraynanın xarici işlər naziri Andrei Şibiqa Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı bu gün səhər Rusiyanın Xersonun enerji obyektinə zərbə endirdiyini, nəticədə 45 min sakinin işıqsız qaldığını bildirib.

“Ər-Riyaddan sonra ABŞ ilə razılaşmalardan biri enerji infrastrukturuna zərbə vurulmasını dayandırmaq idi. Eyni zamanda, Rusiya bu razılaşmanı pozmağa davam edir. Xerson, Xarkov və Poltava vilayətlərində enerji obyektləri artıq zədələnib. Bu gün səhər isə Rusiyanın növbəti zərbəsi Xersondakı energetika obyektinə ziyan vurub, nəticədə də 45 min sakin işıqsız qalıb” – Sibiqa bildirib.

Oxşar