Andrei Sibiqa - Rus işğalçılar kiçik Ukrayna kəndindən 50 mülki vətəndaşı qaçırıblar, Putinin Rusiyası terrorçu qruplardan heç nə ilə fərqlənmədiyini göstərir
Andrei Sibiqa - Rus işğalçılar kiçik Ukrayna kəndindən 50 mülki vətəndaşı qaçırıblar, Putinin Rusiyası terrorçu qruplardan heç nə ilə fərqlənmədiyini göstərir

 

Rus işğalçılar Sumi vilayətində, dövlət sərhədi yaxınlığında yerləşən kiçik Ukrayna kəndi – Hrabovskidən 50 mülki vətəndaşı, əsasən yaşlı qadınları qaçırıblar – bu haqda Ukraynanın xarici işlər naziri Andrei Sibiqa sosial şəbəkədə yazır.

Onun sözlərinə əsasən, “bu cür orta əsrlərə xas basqınlar” ilə Putinin Rusiyası “İslam Dövləti”, “Boko Haram” və H”ƏMAS” kimi terrorçu qruplardan heç nə ilə fərqlənmədiyini göstərir.

“Dinc girovlarımızın evə qaytarılmasını tələb edirik. Bu 50 nəfər və minlərlə digər mülki şəxs, o cümlədən ukraynalı uşaqlar zorla Rusiyaya köçürülüb. Bütün dövlətləri və beynəlxalq təşkilatları evlərindən qaçırılan günahsız mülki şəxslərin azad edilməsini tələbində bizə qoşulmağa çağırırıq. Bu konkret müharibə cinayətini Ukraynada artıq araşdırırlar və ona beynəlxalq səviyyədə də müvafiq reaksiya verilməlidir. Həmçinin, bu, Rusiyanın yanında yaşamağın daimi təhlükəsini vurğulayır. Məhz bu səbəbdən, Ukraynanın real, davamlı sülhə ehtiyacı var” – Andrei Sibiqa bildirir və qeyd edir ki, “terrorçuların yanında yaşamağa güc və möhkəm təhlükəsizlik təminatları lazımdır”.