Andrei Sibiqa - Putinin Ukrayna Prezidenti ilə Moskvada görüşmək haqqında təklifi Rusiyanın sülh prosesinə qeyri-ciddi münasibətindən xəbər verir və qəbuledilməzdir
Vladimer Putinin Ukrayna Prezidenti ilə Moskvada görüşmək haqqında təklifi Rusiyanın sülh prosesinə qeyri-ciddi münasibətindən xəbər verir – bu barədə Ukraynanın xarici işlər naziri Andrei Sibiqa bəyanat verib və təklifi “qəbuledilməz” adlandırıb.
“Ən azı yeddi ölkə Rusiya-Ukrayna sammitinə ev sahibliyi etməyə hazırdır. Bunlar ciddi təkliflərdir və prezident Zelenski istənilən vaxt belə görüşlərə hazırdır. Lakin, Putin hamı ilə oynamağa davam edir və qəbuledilməz bəyanatlar verir” – Andrei Sibiqa sosial şəbəkədə yazır.
Ukraynanın xarici işlər nazirinin bəyanatına əsasən, yalnız artan təzyiq Rusiyanı sülh prosesinə daha ciddi yanaşmağa məcbur edəcək.
Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimer Putin Moskvada Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. O, Pekində keçirdiyi mətbuat konfransında görüşə hazır olduğunu bildirərək, ABŞ Prezidentinin ondan bu ehtimalı soruşduğunu qeyd edib.