Andrei Sibiqa - Bir gün keçib və Rusiya Ukrayna tərəfindən "Putinin iqamətgahına hücum" ilə bağlı hələ inandırıcı dəlil təqdim edə bilməyib, bunu etməyəcəklər belə, çünki hücum olmayıb
Demək olar ki, bir gün keçib və Rusiya Ukrayna tərəfindən “Putinin iqamətgahına hücum” ilə bağlı iddiaları təsdiqləyən nəsə inandırıcı dəlil hələ də təqdim edə bilməyib və onlar bunu etməyəcəklər belə, çünki belə bir hücum olmayıb – bu haqda Ukraynanın xarici işlər naziri Andrei Sibiqa sosial şəbəkədə yazır.
Onun sözlərinə əsasən, rəsmi Kiyev bəzi ölkələrin “hücum”la bağlı verdiyi bəyanatlara görə məyus olub.
“Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Pakistanın heç vaxt baş verməyən hücumla bağlı narahatlıq ifadə edən bəyanatları bizi məyus etdi və narahat etdi. Bu üç dövlətdən heç birinin 2025-ci ilin sentyabrın 7-də rus raketi Ukraynanın hökumət binasına dəyəndə rəsmi bəyanat verməməsi fonunda, bu daha da təəccüblüdür. Rusiyanın yalan bəyanatlar tarixçəsi uzunmüddətlidir və bu onların tipik taktikasıdır. Məsələn, 2022-ci ilin əvvəlində Rusiya Ukraynaya hücum etməyəcəyini bildirmişdi. Onlar tez-tez başqalarını öz planladıqlarını etməkdə ittiham edirlər. Onların sözləri heç vaxt olduğu kimi qəbul edilməməlidir. Rusiyanın əsassız manipulyativ ittihamlarına belə reaksiyalar yalnız rus propagandasına xidmət edir və Moskvanı daha çox qəddarlıq və yalana sövq edir. Biz bütün dövlətləri məsuliyyətlə hərəkət etməyə və təsdiqlənməmiş ittihamlara reaksiya göstərməkdən çəkinməyə çağırırıq – bu, son zamanlar irəliləyən konstruktiv sülh prosesinə xələl gətirir” – o yazır.
Məlumat üçün bildirək ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrovun bəyanatına əsasən, dekabrın 28-29-da Kiyev Vladimer Putinin dövlət iqamətgahına 91 pilotsuz uçuş aparatı ilə hücum etməyə cəhd edib. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidentinin iqamətgahına edilən mümkün hücum barədə Vladimer Putindən öyrəndiyini bildirib – “Bu, yaxşı deyil, onun evinə hücum etmək tamamilə başqa şeydir”.