Andrei Sibiqa – ABŞ-la minerallar haqda razılaşmanın Ukraynanın Avropa İttifaqına inteqrasiya kursuna zidd olmaması Kiyevin prinsipial mövqeyidir
Ukraynanın xarici işlər naziri Andrei Sibiqa bildirir ki, Ukrayna tərəfi artıq ABŞ-la minerallar haqda gələcək razılaşmanın mətni ilə bağlı öz baxışını formalaşdırıb.
Bu barədə Andrei Sibiqa “Ukrinform”a açıqlayıb.
Nazirin qeyd etdiyi kimi, razılaşmanın Ukraynanın Avropa İttifaqına inteqrasiya kursuna zidd olmaması Kiyevin prinsipial mövqeyidir.
Nazir bildirib ki, Kiyev əvvəlcə sazişin mətninin əsaslı şəkildə müzakirəsi üçün ABŞ-a səfər edəcək danışıqlar qrupunun tərkibini formalaşdıracaq.
“Biz artıq öz mövqeyimizi, eləcə də gələcək razılaşmanın mətni ilə bağlı baxışımızı işləyib hazırlamışıq” – Andrei Şibiqa bildirib.
Onun bəyanatına əsasən, gələcək razılaşma qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli və Ukraynanın Avropa İttifaqına daxil olmaq kursuna zidd olmamalıdır.
“Bu, Ukrayna tərəfinin prinsipial mövqelərindən biridir” – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.