Andlılar heyəti qəsdən sağlamlığa ağır zərər vurma və nəticədə ölümə səbəb olma faktı üzrə təqsirləndirilən şəxsləri yekdilliklə təqsirli hesab etdi
Andlılar heyəti prokurorluq tərəfindən təqdim olunmuş sübutları tam şəkildə paylaşaraq, qəsdən sağlamlığa ağır zərər vurma və bunun nəticəsində zərərçəkmişin ölümünə səbəb olma faktını təsdiqləyib və təqsirləndirilən şəxsləri yekdilliklə təqsirli hesab edib. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
“Prokurorluq tərəfindən təqdim edilmiş sübutların məcmusu əsasında andlılar heyəti müəyyən edib ki, 2024-cü il iyulun 29-da gecə saatlarında, Qori rayonunun Ateni kəndində sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxslər zərərçəkmişə münaqişə zəminində qrup halında baş və bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetiriblər və hadisə yerindən uzaqlaşıblar. Alınan xəsarətlər nəticəsində zərərçəkmiş xəstəxanada vəfat edib.
Andlılar heyətinin yekdil qərarı əsasında məhkəmə təqsirləndirilən şəxslər barəsində müvafiq olaraq 12 və 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib,” – deyə məlumatda qeyd olunur.