Andjey Duda bəyan edir ki, dondurulmuş rus vəsaitləri Ukraynada müharibədən sonrakı bərpa işlərinə xərclənməlidir
Ukraynada müharibədən sonra rekonstruksiya dondurulmuş rus vəsaitləri ilə aparılmalıdır, lakin Avropadan da xüsusi proqramlar lazımdır, – bu barədə Polşa prezidenti, Anjey Duda Ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə bəyan etdi.
“Dünyanın Ukraynanın taleyindən, onun inkişafından narahat olduğunu göstərən proqramlar yaradılmalıdır. Aydındır ki, Ukrayna işğalçı Rusiyadan reparsiyalarla yenidən qurulmalıdır. Müxtəlif maliyyə qurumlarında dondurulmuş Rusiya fondlarından istifadə edilməlidir”, – Duda bəyan etdi.
Eyni zamanda o, Ukraynaya yardımı idarə etmək üçün müxtəlif proqramlara ehtiyac olduğunu vurğuladı.
“Mən bu barədə birisi gün Davosda danışacam, burada Ukrayna məsələsi dominant olacaq”, – Duda əlavə etdi.