Analena Berbokun bəyan etdiyinə görə, Rusiyaya "Böyük İyirimilik" sammitindən öz məqsədləri üçün istifadə etmək icazəsi verilməməlidir
Almaniya Xairici İşlər naziri, Analena Berbokun bəyan etdiyinə görə, Rusiyaya “Böyük İyirimiliyin” Xarici İşlər nazirlərinin sammitindən öz məqsədləri üçün istifadə etmək icazəsi verilməməlidir.
“Biz yanda dayanmayacağıq və Rusiyanın bu görüşdən platforma kimi istifadə etməsinə icazə verməyəcəyik”, – Berbok qeyd etdi.
Onun sözlərinə görə, beynəlxalq hüquqa hörmət və mühafizənin təmin edilməsi hər kəsin marağındadır.
“Böyük İyirimiliyin” Xarici İşlər nazirlərinin görüşü İndoneziyanın Bali adasında 7-8 iyulda keçiriləcək. Burada Rusiya Xarici İşlər naziri, Sergey Lavrov da iştirak edəcək.