Analena Berbok – Amerika Birləşmiş Ştatlarının vasitəçi rolunu oynamağa çalışması yaxşı haldır, eyni zamanda, Rusiya Prezidentinin gözümüzü kor etməsinə imkan verməməliyik

23:02, 26.03.2025

 

Vladimer Putinin taktikasına aldanmayaq – bu haqda Almaniyanın sabiq xarici işlər naziri Analena Berbok bildirir.

Analena Berbok ABŞ tərəfindən Rusiya və Ukrayna arasında vasitəçilik cəhdlərini təqdir edir, lakin qeyd edir ki, Rusiya Prezidenti Vladimer Putinin taktikasına aldanmamalıdırlar.

O bildirib ki, atəşkəs daima yeni tələblər və güzəştlərlə bağlıdırsa, həqiqi dialoq imkansızdır.

“Amerika Birləşmiş Ştatlarının vasitəçi rolunu oynamağa çalışması yaxşı haldır. Eyni zamanda, biz özümüzü aldatmamalıyıq və ilk növbədə, Rusiya Prezidentinin gözümüzü kor etməsinə imkan verməməliyik” – Analena Berbok qeyd edib.

Oxşar