Anakliya Limanının tikintisinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır
Anakliya Limanının tikintisinin maliyyələşdirilməsi üzrə Gürcüstan hökuməti, Anakliya İnkişafı Konsorsiumu və beynəlxalq maliyyə təşkilatları arasında danışıqların ikinci raundu keçirlir.
Danışıqların birinci raundu Gürcüstan Maliyyə Nazirliyində keçirildi.
İşçi görüşlərdə Gürcüstanın baş nazirinin müavini, Bölgə İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili, Maliyyə naziri İvane Maçavariani, İqtisadiyyat Nazirliyinin, Ədliyyə Nazirliyinin, Anakliya Limanı İnkişafı Agentliyinin, Gürcüstan Dəmiryolunun, ADB-nın, AIIB-nın, EBRD-nın, OPIC-in nümayəndələri iştirak edirlər.
Üçtərəfli görüşlər müzakirə mövzusu beynəlxalq maliyyə təşkilatları tərəfindən Anakliya İnkişafı Konsorsiumuna qarşı irəli sürülmüş səkkiz müddəalı tələblərin müzakirəsidir.