Anaklia limanının inşaat layihəsi ilə bağlı parlamentdə Maia Tskitişviliyi dinləyəcəklər
Anaklia limanının inşaat layihəsi ilə bağlı bugün parlamentdə İnfrastruktur Naziri Maia Tskitişviliyi dinləyəcəklər.
Böyük ictimai marağın yarandığına görə, nazir qanunverici orqana hesabat təqdim etmək niyyəti ilə özü müraciət etdi.
Parlament əksəriyyətinin lideri Arçil Talakvadze bəyan edir ki, Anaklia limanının strateji əhəmiyyəti var və İnfrastruktur Nazirinə verilən suallar layihəyə investisiyaların cəlb olunması və limanın tranzit dəhlizinə inteqrasiyası ilə bağlı olacaq.
Parlament əksəriyyətinin isə, icraçı iqtidara tənqidli sualları var.
Deputatlar maraqlanırlar ki, TBC Bankın təsisçilərinə qarşı, pulun yuyulması ilə bağlı ittiham əsasında başladılan istintaq layihənin qəsdlə dayandırılmasını mı məqsədləyir.