Anadili və 9 Aprel Bağlarının, eləcə də "Mşrali Xidi" və Zaarbriuken Körpülərinin reabilitasiyası başa çatdı
Anadili və 9 Aprel Bağlarının, eləcə də “Mşrali Xidi” və Zaarbriuken Körpüsünün reabilitasiyası başa çatdı.
Yeniləşdirilmiş məkanı Tbilisi meri, Kaxa Kaladze açdı. Açılışda baş nazir İrakli Ğaribaşvili və “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze iştirak edirdilər. Baş nazir Anadili Bağına toplaşanlara nitqlə müraciət etdi.
Tədbir gürcü ifaçılarının konserti ilə başa çatdı.
Layihə çərçivəsində hər iki körpüyə reabilitasiya-restavrasiya edildi. Anadili və 9 Aprel Bağlarını birləşdirən piyada tuneli tikildi, hər iki bağda yaşıllaşdırmanın miqyaslı işləri görüldü və inventar dəyişildi, yeraltı və yerüstü kommunikasiyalar səhmana salındı, işıqlandırma şəbəkəsi quraşdırldı, piyada məkanı düzəldildi, “Mşrali Xididən” sahilə enilən hər iki pandusda yolun yeni örtüyü düzəldildi.
Layihənin dəyəri 27 milyona qədər təşkil etdi.