Ana Tsitlidze – Öz boğulmuş xəyallarında 20% arzulayan, reallıqda isə ad gününə üç nəfər toplaya bilməyən insanlara heç nə deməyəcəyəm, onsuz da dərdiniz özünüzə bəsdir

21:47, 01.10.2026

 

Aksiya baş tutdu, özü də planlaşdırıldığı kimi, Riğe amfiteatrında. Leysan yağışına baxmayaraq, insanlar yerindən tərpənmədilər – bu barədə “Milli Hərəkat”ın üzvü Ana Tsitlidze sosial şəbəkədə yazır.

O, aksiyanın partiyanın güclənməsinin və yeni mərhələyə keçməsinin başlanğıcı olduğunu deyib.

“Əvvəlcə Daxili İşlər Nazirliyi bizə dedi ki, keçirməyə imkan verməyəcəyik və gələnlərin hamısını cərimələyəcəyik.
Sonra milyonlarla texniki maneədən keçdik və yenə də baş tutdu, özü də planlaşdırıldığı kimi, Riğe amfiteatrında. Leysan yağışına baxmayaraq, insanlar yerindən tərpənmədilər.

Bu, yalnız partiyanın güclənməsinin və yeni mərhələyə keçməsinin başlanğıcıdır. Öz boğulmuş xəyallarında 20% arzulayan, reallıqda isə aksiyanı bir kənara qoyaq, öz ad gününə belə üç nəfər toplaya bilməyən və ümumiyyətlə heç nə ilə ölçülməyən o insanlara heç nə deməyəcəyəm. Öz qeyri-adekvatlığınızla dərdiniz özünüzə bəsdir.)) Mixeil Saakaşviliyə azadlıq! Siyasi məhbuslara azadlıq!” – Tsitlidze bəyan edib.

“Federalistlər” partiyasının lideri Tamar Çerqoleişvili sosial şəbəkədə “Beş gündür telemediada “Milli Hərəkat”çıların aksiyası gedir, bizi bezdirdilər və toplaşıblar” yazısı ilə “Milli Hərəkat”ın aksiyasından video paylaşıb.

Məlumat üçün bildirək ki, “Milli Hərəkat” Riğe Parkının ərazisində aksiya keçirib. Aksiya iştirakçılarının bəyan etdiyi kimi, onların tələbi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılmasıdır.

Oxşar