Ana Kasradze - hələlik bilmirik, koronavirus mövsümidir ya yox, lakin temperatur dəyişikliyinin müəyyən nəticəsi olacaq
Ana Kasradze - hələlik bilmirik, koronavirus mövsümidir ya yox, lakin temperatur dəyişikliyinin müəyyən nəticəsi olacaq

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin (NCDC) nümayəndəsi, Ana Kasradzenin bəyan etdiyinə görə, hələlik dəlillər mövcud deyil ki, koronavirusdan müalicə olunanlarda möhkəm imunitet qalır ya yox.

“Təəssüflər olsun ki, bunun dəlilləri hələlik mövcud deyil. Tədqiqatlar aparılır və müəyyən müddət keçməlidir ki, biz görək, virusu keçirən insanlarda möhkəm imunitet qalır ya yox. Hələ üç-dörd aydır ki, dünyada pandemiyadır və bunun müzakirəsi üçün az vaxtdır”, – Ana Kasradze bəyan etdi

Virusun mövsümi olub olmamasına gəldikdə, Ana Kasradzenin dediyinə görə, hələlik müəyyən olunmayıb, koronavirus mövsümidir ya yox, lakin temperatur dəyişikliyinin müəyyən nəticəsi olacaq.