Ana Dolidze “Ana Dolidze – xalq üçün” partiyasının Tbilisi majoritarlığına namizədlərini təqdim etdi

17:32, 21.08.2021

“Ana Dolidze – xalq üçün” partiyasının lideri və Tbilisi merliyinə namizədi, Ana Dolidze Tbilisi majoritarlığına namizədlərini təqdim etdi.

Ana Dolidzenin dediyinə görə, onun partiyası ikiqütblük kənarında, ölkədə tüğyan edən nifrətin məğlubiyyəti uğrunda mübarizə aparan qüvvədir. Onun bəyan etdiyinə görə, partiyanın devizidir – “Tbilisi hamı üçün”.

“Ana Dolidze – xalq üçün” partiyasının adı ilə Vake majoritarlığına mübarizə aöaracaq və partiya siyahısının birinci nömrəsi Aleksandre Ratişvili olacaq; 2. Samqori – Ana Mikadze-Çxikvadze; 3. Çuğureti – Serqo Lomidze; 4. Didube – Nino Tsuladze; 5. Saburtalo Tamar Çiçinadze; 6. Mtasminda – Nino Kokosadze; 7. İsani – Koba Kobaxidze; 8. Krtsanisi – Maya Kekua; 9. Nadzaladevi – Mixalis İremadze; 10. Qldani – İrakli Tedoradze.

 

Oxşar