Gürcüstan Ali Ədliyyə Şurasını qeyri-hakim üzvü, Ana Dolidze tərk edir.
Bu barədə o, bu günki keçirilən brifinqdə bəyan etdi.
Dolidzenin dediyinə görə, ərizə ilə prezidentə elə bu gün müraciət edəcək.
Gürcüstan Ali Ədliyyə Şurası üzvlərinin bir hissəsi hesab edirdi ki, Ana Dolidzenin siyasi fəaliyyəti hazırkı vəzifə ilə qanunla uyğun gəlmirdi.
Ana Dolidze Gürcüstanın keçmiş prezidenti, Giorgi Marqvelaşvili tərəfindən Ali Ədliyyə Şurası üzvlüyünə 2018-ci il yanvarın 8-də təyin edildi.