Aleko Elisaşvili, Levan Yoseliani, Ana Dolidze və Levan Koberidze yeni platformanın memorandumuna imza atdılar
Aleko Elisaşvili, Levan Yoseliani, Ana Dolidze və Levan Koberidze yeni platformanın memorandumuna imza atdılar

Aleko Elisaşvili, Levan Yoseliani, Ana Dolidze və Levan Koberidze yeni platformanın memorandumunu imzaladılar.

Memorandumun mətnində deyilir ki, onların məqsədi fərqli müzakirə platformasının yaradılmasıdır ki, hansı da polarizə olunmuş siyasi atmosferin yeni, sağlam alternativi olacaq.

“Bu gün buraya biz, vətəndaşlar, ölkənin keçmişinə, indiki zamanına və gələcəyinə ürəyi ağrıyan insanlar toplaşdıq. Kimdə görür ki, ölkəmiz perspektivsizliyin bataqlığındadır və vətəndaşlarımız pis və ondan da pis siyasi seçimin qarşısındadır.

İctimai gündəmi iki qüvvə monopoliyalaşdırıb. Hesab edirik ki, siyasətin mahiyyəti və siyasətçilərin məqsədi xalqa xidmətdir. Bizi təmiz keçmiş birləşdirir.

Məqsədimiz fərqli müzakirə platformasının yaradılmasıdır ki, hansı da polarizə olunmuş siyasi atmosferin yeni, sağlam alternativi olacaq.

İnanırıq ki, birgə səylərlə biz yeni reallığı yaradacağıq ki, onun üzərində də uğurlu və azad Gürcüstanı quracağıq”, – memorandumun mətnində deyilir.