Ana Dili bağında Gürcüstanın benefisiar sahibkarlarının məhsullarının Yeni İl sərgisi-satışı açıldı
Ana Dili bağında Gürcüstanın benefisiar sahibkarlarının məhsullarının Yeni İl sərgisi-satışı açıldı. Sərgidə 100-ə yaxın sahibkar iştirak edir. Sərgidə əl işi aksesuarları, zərgərlik məmulatları, dəri və keçə məmulatları, rəsm əsərləri, kənd təsərrüfatı məhsulları və sair sərgiləndi.
Sərginin məqsədi sahibkarların peşəkar yüksəlişini təşviq etmək, işgüzar əlaqələri dərinləşdirmək və məhsulları ictimaiyyətə təqdim etməkdir.
Sərgidə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, USAID-in Gürcüstan missiyasının direktoru Piter Vebler, USAID-in proqram nümayəndələri, müxtəlif beynəlxalq və yerli təşkilatlardan dəvət olunmuş qonaqlar iştirak edirdilər.
“Biz bayram hədiyyələri, yemək və şərab, eləcə də müxtəlif zərgərlik məmulatları, keramika və digər əşyalar satan Gürcüstanın hər yerindən USAID-in 100-dən çox tərəfdaşı və benefisiar şirkətinin iştirak etdiyi bu bayram bazarında iştirak etməkdən məmnunuq. Bu, önəmli gündür, çünki USAID tərəfindən dəstəklənən bu bizneslər Gürcüstanındır. Onların əksəriyyəti gənc sahibkarlardır, qadınlardır. Çox vaxt kənd icmalarından. Biz bunu sahibkarlığı həvəsləndiurmək üçün edirik. Həmçinin özəl bölmənin inkişafı üçün”, – USAİD-in Gürcüstan missiyasının rəhbəri Peter Veybler bildirib.
Ana Dili bağında sərgi saat 20:00-a qədər davam edəcək.