Ana Buçukuri - "Qaxaria Gürcüstan Naminə" partiyası istənilən radikal çağırış və ya qərardan qəti şəkildə uzaq durur
Ana Buçukuri - "Qaxaria Gürcüstan Naminə" partiyası istənilən radikal çağırış və ya qərardan qəti şəkildə uzaq durur

 

“Qaxaria Gürcüstan Naminə” partiyası istənilən radikal çağırış və ya qərardan qəti şəkildə uzaq durur – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Ana Buçukuri bildirib.

Jurnalist Buçukuriyə “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradzenin gürcü ordusunu yeni prezidentə itaətsizlik etməyə və and-içmə mərasimində iştirakdan imtina etməyə çağıran bəyanatı haqda sual ünvanlayıb.

Buçukuri “Qaxaria Gürcüstan Naminə” partiyasının radikal çağırışlardan uzaq durduğunu bildirib.

“Bizim komandamız radikal çağırışlardan və ya qərarlardan, o cümlədən bu cür bəyanatlardan qəti şəkildə uzaq durur” – Buçukuri qeyd edib.

Bununla yanaşı, jurnalistin müxalifətin bir hissəsinin, o cümlədən Zurab Caparidzenin Mamuka Xazaradzenin orduya itaətsizlik çağırışını təqdir etməsi haqda sualına Buçukuri bildirib ki, o, Zurab Caparidze deyil.

“Axı mən Zurab Caparidze deyiləm. “Qaxaria Gürcüstan Naminə” partiyası hər zaman, indi və gələcəkdə də istənilən radikal bəyanat, çağırış və ya yanaşmadan qəti şəkildə uzaq durur.

Məlumat üçün bildirək ki, “Dəyişikliklər Naminə Koalisiyası”nın liderlərindən biri Zurab Caparidze Mamuka Xazaradzenin bəyanatına münasibət bildirib. Caparidze qeyd edib: “Rus hakimiyyəti olanda, ona itaətsizlik istənilən hərbçinin borcudur, bu, ordu tərəfindən düzgün addım olardı”.