Ana Buçukuri - Müxalifətlə texniki səviyyədə ünsiyyətimiz var, eləcə də öz planımız var
Müxalifətlə texniki səviyyədə ünsiyyətimiz var, prezidentlə xartiya formatında əməkdaşlıq edirik. Biz hər kəslə məlumat, o cümlədən dəlillərin mübadiləsini aparırıq. Eləcə də başqalarından asılı olmayan öz planımız var – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Ana Buçukuri deyib.
Buçukuriyə “Qaxaria Gürcüstan Naminə” partiyasının nümayəndələrinin üç müxalifət birliyinin görüşünə niyə qatılmaması və müxalifətin brifinqində niyə olmamaları haqda sual veriblər.
“Brifinqdə olmaq axı özməqsəd deyil. Əsas odur ki, biz texniki prosesdəyik, müxalifətlə texniki səviyyədə ünsiyyətdəyik. Prezidentlə xartiya formatında əməkdaşlıq edirik. Biz hər kəslə məlumat, o cümlədən dəlillərin mübadiləsini aparırıq. Bu gün də nümayəndəmiz dəlillərlə bağlı işçi iclasda iştirak etdi. Biz xarici tərəfdaşlarla həm ayrıca, həm də xartiya formatında əməkdaşlıq edirik. Eləcə də başqalarından asılı olmayan öz prosesimiz və planımız var. Bizim proses ümumi işi gücləndirir. Əsas olan budur” – Ana Buçukuri bildirib.
Üç müxalifət birliyinin planı ilə razı olub-olmadığı haqda suala Buçukuri qeyd edib:
“Komandamız dinc aksiyalarda iştirak edir, təşkilatçı deyilik, amma xalqla birlikdə dayanırıq”.
Üç müxalifət birliyi “Dəyişiklik Naminə Koalisiyası”, “Güclü Gürcüstan” və “Birlik-Milli Hərəkat”ın nümayəndələrinin iştirak etdiyi görüş keçirib. Görüşdə “Qaxaria Gürcüstan Naminə” partiyasının nümayəndələri iştirak etmirdilər. Görüş başa çatdıqdan sonra müxalifət birliyinin nümayəndələrinin dedikləri kimi, bazar ertəsi Rustaveliyə toplaşacaqlar və fəaliyyət planını orada təqdim edəcəklər.