Ana Abuladze Gürcüstanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib

19:17, 26.06.2026

 

Ana Abuladze Gürcüstanın Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

“Ana Abuladze 2018-ci ildən Gürcüstanın diplomatik missiyalarında müxtəlif vəzifələri tutub, o cümlədən, Gürcüstanın Polşa Respublikasındakı səfirliyinin müşaviri və Gürcüstanın Almaniya Federativ Respublikasındakı səfirliyinin baş müşaviri olub.

2024-cü ildən Gürcüstanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli elçisi vəzifəsini tutur” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Oxşar