Amsterdamın mərkəzində bıçaqla silahlanmış kişinin hücumu nəticəsində beş nəfər yaralanıb
Amsterdamın mərkəzində bıçaqla silahlanmış kişinin hücumu nəticəsində beş nəfər yaralanıb. Bu haqda məlumatı yerli media yayır.
Medianın məlumatına əsasən, hadisə Amsterdamın mərkəzində, Dam meydanının yaxınlığında baş verib. Beş nəfəri bıçaqlayan şəxs artıq saxlanılıb, Dam meydanının bir hissəsi isə polis tərəfindən mühasirəyə alınıb.
Yaralıların təxliyəsi üçün helikopter səfərbər edilmişdi. Amsterdam Şəhər Şurasının iclası hücuma görə dayandırılıb.
Zərərçəkənlərin vəziyyəti, eləcə də hücumçunun kimliyi və cinayətin motivi hələlik bilinmir.