Amsterdamda İsrail və Fələstinə dəstək aksiyalarında 320 nəfəri saxlayıblar
Amsterdamda İsrail və Fələstinə dəstək aksiyalarında 320 nəfəri saxlayıblar. Bu haqda məlumatı yerli media yayır.
Medianın yazdığı kimi, 20 nəfəri müxtəlif qanun pozuntularına görə saxlayıblar. 300 nümayişçi isə polisin dediyinə görə, ictimai nümayişlər haqqında qanuna əməl etməyib.
Məlumat üçün bildirək ki, “HƏMAS”ın İsrailə hücumunun ildönümü ilə əlaqədar dünyanın bir sıra şəhərlərində həm Fələstinə, həm də İsrailə dəstək aksiyaları keçirilir.