“Amnesty İnternational” təşkilatının Ukraynanın məktəb və xəstəxanalarda hərbi texnika yerləşdirməsi ilə bağlı hesabatı müstəqil ekspertlər tərəfindən öyrənilir
“Amnesty İnternational” təşkilatının Ukrayna tərəfini məktəblərə və xəstəxanalara qoşun və texnika yerləşdirməkdə ittiham etdiyi hesabatı müstəqil ekspertlər tərəfindən öyrənilir. Bu barədə “Deutsche Welle” təşilatın bəyanatına əsasən məlumat yayır.
Söhbət hesabatın dərcindən əvvəl baş vermiş proseslərin və qərarların öyrənilməsindən gedir. Ekspertlər materialın hazırlanması prosesini də nəzərdən keçirəcək və hesabatın hüquqi və siyasi analizini verəcəklər.
Xatırladırıq ki, “Amnesty İnternational” beynəlxalq hüquqmüdafiə təşkilatının dərc etdiyi hesabatda Ukrayna hərbçilərinin mülki obyektlərə texnika və canlı qüvvə yerləşdirdiyi və bunun da mülki əhali üçün təhlükə yaratdığı deyilirdi.
Hesabatın dərcindən sonra Ukrayna hakimiyyəti beynəlxalq təşkilatı sərt tənqid və onların hazırladığı araşdırmanı Rusiya təbliğatı ilə müqayisə etdi.