"Amnesty International" - Gürcüstan hakimiyyəti etirazçıları qoruyucu vasitələrlə təchiz etdiyinə görə yeddi qeyri-hökumət təşkilatının hesablarını dondurub, repressiyalar dayandırılmalıdır
Gürcüstan hakimiyyəti yeddi qeyri-hökumət təşkilatının hesablarını dondurub və “sabotaj” ittihamı ilə cinayət işi açıb. Əvvəlki hallardan fərqli olaraq, bu, qeyri-hökumət təşkilatlarının liderlərinin saxlanılması ilə sonlana bilər – bu barədə “Amnesty International”ın bəyanatında qeyd olunub.
Təşkilatın bəyanatında deyildiyi kimi, hakimiyyət müstəqil qeyri-hökumət təşkilatlarını “sabotaj təşkil edən” kimi təqdim etməklə ölkədə insan hüquqlarını qoruyan başqalarına təhlükəli siqnal göndərir.
“Gürcüstanda vətəndaş cəmiyyətinin yeri daralır. Hakimiyyət yeddi qeyri-hökumət təşkilatının hesablarını dondurub və etirazçıları qoruyucu vasitələrlə təchiz etdiyinə görə “sabotaj” ittihamı ilə cinayət işi açıb. Əvvəlki hallardan fərqli olaraq, bu, qeyri-hökumət təşkilatlarının liderlərinin saxlanılması ilə sonlana bilər.
Hakimiyyət müstəqil qeyri-hökumət təşkilatlarını “sabotaj təşkil edən” kimi təqdim etməklə onların fəaliyyətinə maneə olur və ölkədə insan hüquqlarını qoruyan başqalarına təhlükəli siqnal göndərir.
İnsan hüquqlarının müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini dayandırmaqla Gürcüstan hakimiyyətinin özü öz əhalisinin hüquqlarına qarşı “sabotaj” törədir. Bu repressiyalar dayandırılmalıdır” – bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, prokurorluqda cari istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulub.