“Amnesty International” – Fransada kütləvi səfərbərlikdən əvvəl təhlükəsizlik tədbirlərinin eskalasiyasını və etiraz hüquqlarına hücumları pisləyirik, gördüklərimiz avtoritar təcrübəyə doğru yönəlmədir
“Amnesty International” Fransadakı cari hadisələrlə bağlı bəyanat yayır.
Təşkilatın bəyanatında qeyd olunduğu kimi, aksiya günündən bir gün əvvəl “etiraz hüququna edilən hücumları” pisləyirlər.
“Biz Fransada kütləvi səfərbərlikdən bir gün əvvəl təhlükəsizlik tədbirlərinin eskalasiyasını və etiraz hüquqlarına qarşı ciddi hücumları pisləyirik. Artıq gördüklərimiz avtoritar təcrübəyə doğru yönəlmədir” – bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, oktyabrın 24-də Fransanın bir neçə böyük şəhərində genişmiqyaslı aksiyaların keçirilməsi planlaşdırılır. Hüquq-mühafizə orqanları bəzi şəhərlərdə nümayişlərin keçirilməsini tam və ya qismən qadağan edib.