“Amirani” kinoteatrı qarşısında polis səfərbər olunub. Burada “Və biz rəqs etdik” filminin nümayişi baş tutmalıdır.
Gürcüstanın Birinci Kanalına Patrul Polisi Departamenti rəis müavini, Kaxa Buxradzenin bəyan etdiyinə görə, polis artıq üçüncü gündür vətəndaşların təhlükəsizliyini qoruyur.
Kinoteatr önündə filmin nümayişinə bir neçə gündür etiraz edənlər hələlik görünməyirlər.
Filmin nümayişi saat 19:30 və 22:00-da olacaq.