Amiran Qamğrelidze - tədrisin başlamasına qədər tələbələrin, lektorların və məktəb müəllimlərinin maksimal olaraq iki dəfəlik vaksinasiyası baş verməlidir
Yayda vaksinasiyanın maksimal sayını keçirməliyik, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze koordinasiya şurası iclasının başa çatmasından sonra bəyan etdi.
Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, tədrisin başlamasına qədər tələbələrin, lektorların və məktəb müəllimlərinin maksimal olaraq iki dəfəlik vaksinasiyası baş verməlidir.
“Biz istəyirik, yayda peyvəndləri maksimal sayını edək. Bütün universitetdə olan müəllimlər və bütün tələbələr tədrisin başlamasına qədər iki dəfə peyvənd edilmiş olmalıdır, eləcə də bütün məktəb müəllimləri ki, məktəb uğaqlar üçün maksimal olaraq təhlükəsiz olsun. İyul və avqustda vaksinlərin kifayət qədər sayımız olacaq, seçməyə belə imkan olsun hətta. Beləliklə, hamınız peyvənd edilin”, – Amiran Qamğrelidze bəyan etdi.