Amiran Qamğrelidze - son 24 saat ərzində virusa yoluxan yeni beş haldan dördü xaricdən daxil ediləndir, biri isə, tibbi işçidir
Ölkədə son 24 saat ərzində virusa yoluxan yeni beş haldan dördü xaricdən daxil ediləndir, biri isə, tibbi işçidir, – bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru, Amiran Qamğrelidze bəyan etdi.
Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, bu günki durum ilə Gürcüstanda epid-durum tamamilə nəzarət altındadır.
“Gürcüstanda bu günki durum ilə epid-durum tamamilə nəzarət altındadır. Bu günki göstəricilərlə 951 təsdiq olunmuş hal var. Gürcüstanda koronavirusun yayılması göstəricisi Avropada ən az olanlardan biridir. Əhali səhiyyə sahəsinin verdiyi rekomendasiyaları nəzərə almalıdır. Nəzərimdə məsafənin müdafiəsini, maskanın vacib olduğu yerlərdə gəzdirilməsini, əllərin tez-tez yulmasını, toylardan, böyük ad günlərindən va sair tərəddüd etməni tuturam. Martda, apreldə, mayda etdiyimiz kimi etsək, böyük ümid var ki, durum pisləşməyəcək. Ölkədə son 24 saat ərzində koronavirusun beş yeni halı var. Dördü xaricdən daxil ediləndir. Buradan üçü yük avtomobilinin sürücüsüdür, biri isə, yerli tibb işçisidir və biri Sarpi sərhədindən daxil ediləndir”, – Qamğrelidze bəyan etdi.