Amiran Qamğrelidze - ölkədə epid-durum pisləşir, inandıq ki, koronavirusu məğlub etdik, bunun da ağır nəticələrə kimi aparması mükündür
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda epid-durum pisləşir.
Elə onun dediyinə görə, ölkədə aşkar olunan koronavirusun günlük göstəricisinə diqqət yetirilməlidir.
Qamğrelidze bəyan edir ki, rekomendasiyaların yerinə yetirilməsi üzrə nəzarət sərtləşdirilməlidir.
“Təəssüflər ki, ölkədə epid-durum pisləşir. Kifayət qədər yaxşı dinamikası olan müsbətlilik göstəricisində son iki həftədir pisləşmə aşkar olunur. Xüsusisilə də ölkədə aşkar olunan koronavirusun günlük göstəricisinə diqqət yetirilməlidir. Gündəlik müsbətlilik göstəricisi də artdı. Sözsüz ki, qeyd olunan göstəricilər fevralda olduğu göstəricilərdən yaxşıdır. Lakin iki həftədir pisləşmənin işarə və tendensiyası göründü. Avqusta etdiklərimizi təkrar edirik, inandıq ki, koronavirusu məğlub etdik, bunun da ağır nəticələrə kimi aparması mükündür”, – Amiran Qamğrelidze bəyan etdi.