Amiran Qamğrelidze – mənim rekomendasiyamdır ki, Gürcüstan-Belarus matçı tamaşaçısız keçirilsin
Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze hesab edir ki, Gürcüstan-Belarus matçı tamaşaçısız keçirilməlidir.
Qamğrelidzenin jurnalistlərə bəyan etdiyinə görə, qeyd olunan rekomendasiya barəsində idarələrarası şurasının bugünki iclasında söhbət etdi.
“Mənim rekomendasiyamı bugünki iclasda dedim. Şəxsən mənim rekomendasiyamdır ki, matç tamaşaçısız keçirilsin. UEFA satadionun 30 faizinin iştirakına icazə verdi, lakin yekun qərarı ölkənin özünə saxladı. Gürcüstanda epidemiyanın yayılmasının mərhələsində biz, Xəstəliklərə Nəzarət Milli Mərkəzi matçın tamaşaçının iştirakı ilə keçirilməsi barəsində rekomendasiya verə bilmərik”, – Qamğrelidze bəyan etdi.