Amiran Qamğrelidze - məktəbdə işləyən hər bir insan vaksinasiya edilmiş olmalıdır, valideynlər peyvən edilmiş olmalıdılar, onda bizə məktəblərin distansiyalı rejimə keçirmək lazım gəlməyəcək
Valideynlər və müəllimlər peyvənd olunmayıblar, buna görə də, hər günlük getdikcə daha çox sinif və məktəb tədrisin distansiyalı rejiminə keçir, – bu barədə Xəsətəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.
Onun dediyinə görə, iki doza ilə müəllimlərin yalnəz 52 faizi peyvənd olunub.
“Müəllimlərin hamısı və məktəbdə işləyən hər bir insan vaksinasiya edilmiş olmalıdır. Valideynlər peyvən edilmiş olmalıdılar, onda bizə məktəblərin distansiyalı rejimə keçirmək lazım gəlməyəcək. Hamımız yaxşı bilirik, tədrisin sinif formasının uşağı təhsil və inkişafında nə qədər əhəmiyyəti var, xüsusilə keçik siniflərdə. Buna görə, bir-birimizin qayğısına qalmalıyıq və peyvənd olunmalıyıq. Bir daha pedaqoqlara müraciət edirəm, peyvənd olunaq, əgər istəyiriksə ki, təhsil təhlükəsiz olsun və uşaqlar məktəbdə oxusunlar”, – Qamğrelidze bəyan etdi.