Amiran Qamğrelidze - koronavirusun yeni hallarından ikisinin mənbəsinin müəyyənləşdirilməsi üçün tədqiqat aparılır
Koronavirusun bu gün təsdiq olunan yeni hallarından ikisinin mənbəsinin müəyyənləşdirilməsi üçün tədqiqat aparılır, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalına bəyan etdi.
Bununla yanaşı, Qamğrelidzenin dediyinə görə, koronavirusun 15 yeni halından ikisi Mestiya ilə əlaqədardır, doqquzu virusa yoluxanın kontaktıdır, ikisi isə, xaricdən daxil ediləndir.
Gürcüstanda bu vaxt üçün koronavirusun 1 336 halı təsdiq olunub. Buradan 1 088 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.
Karantin rejimində 7 597 vətəndaş, stasionarda müşahində altında 249 vətəndaşdır.