Amiran Qamğrelidze - koronavirusun pikini sankı aşırdıq, lakin bu özümüzü sakitləşdirməyə səbəb deyil
Məhdudlaşdırıcı tədbirlərin nəticələri artıq son günlər ərzində göründü. Aşkar oldu ki, piki sanki aşırmışıq. Son iki həftə rəzində pikdə idik və yeni halların sayı azalmağa başladı, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.
Qamğrelidze qeyd edir, baxmayaraq ki, yoluxma halları azalır, durum sakitləşməyə əsas vermir.
“Lakin bu yalnız ilk əlamətlərdir və özümüzü sakitləşdirməyə səbəb deyil. Çünki əsasən bu bir neçə faktordan irəli gəlir – məhdudlaşdırıcı tədbirlər hansıda effekt verir, genişləndirilmiş testləşdirmə və əlçatarlılıq və vaxtında izolasiya edilmə, maskanın gəzidirilməsi mədəniyyətinin artması, 65 faizə qədər artıb, lakin bu yetərli deyil.
Son bir həfə ərzində ölkədə müəyyən tendensiya mövcuddur, demək olar, artım göstəricisi dayandı, lakin bu heç cür rahatlaşmağa səbəb vermir”, – Qamğrelidze bəyan etdi.