Amiran Qamğrelidze - çoxlu açıqlamalara, müraciət və çağırışlara baxmayaraq, peyvənd göstəricisi yuxarı çıxmır, bu rəqəmlərlə fonu keçə bilməyəcəyik
Amiran Qamğrelidze - çoxlu açıqlamalara, müraciət və çağırışlara baxmayaraq, peyvənd göstəricisi yuxarı çıxmır, bu rəqəmlərlə fonu keçə bilməyəcəyik

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, ölkədə epid-vəziyyət həyəcan doğurucudur. Elə onun dediyinə görə, müsbətlilik göstəricisi on faizi keçdi.

Bununla yanaşı, Qamğrelidzenin bildirdiyinə görə, peyvənd göstəricisi azalır.

“Ölkədə ölkədə epid-vəziyyət çətin və həyəcan doğurucudur. Hər günlük hal 4-5 min arasındadır. Bu günki statistika üzdəniraq şənbə-bazarrın effektli ilə şərtlənir, insanlar test üçün laboratoriyaya daha az müraciət edirlər. Başqa indikatorlarla, müsbətlilik göstəricisi ilə, artıbdır. Son iki həftə 9-10 faiz idi, bu gün isə, 10 faizi keçdi. Ən əsası, reproduksiya indeksi artıbdır. Bu da sözsüz ki, proqnoz baxımından pisdir, çünki güman ki, epid-vəziyyət daha da gərginləşəcək. Özü də peyvənd göstəricisi yuxarı çıxmır. Çoxlu açıqlamalara, müraciət və çağırışlara, kəndlərə gəzməklərə, marafonların keçirilməsinə baxmayaraq, peyvənd göstəricisi yuxarı çıxmır, hər halda gündəlik 4-5 mindir, oktyabrın orta göstəricisi isə, 6 minə düşdü, sentyabrda 19 min idi. Bu rəqəmlərlə fonu keçə bilməyəcəyik”, – Amiran Qamğrelidze bəyan etdi.

Elə onun bəyan etdiyinə görə, Gürcüstanda iki dəfə peyvənd olanlar əhalinin 32 faizidir, bu da infeksiyanı dayandıra bilməyəcək.

“Gürcüstanda iki dəfə peyvənd olanlar əhalinin yalnız 32 faizidir və bu infeksiyanı dayandıra bilməyəcək. Ən azından bir bu qədər peyvənd olunmalıdır ki, infeksiyanın dayandırlması barəsində düşünək və deyək ki, növbəti böyük dalğa olmayacaq”, – Qamğrelidze bəyan etdi.