Amiran Qamğrelidze izolasiyasını başa çatdırdı, onda koronavirus təsdiq olunmadı
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze izolasiyasını başa çatdırdı, onda koronavirus təsdiq olunmadı və işinə qayıtdı.
Bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin ictimaiyyətlə əlaqələr xidmətindən bildirdilər.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri izolasiyaya 17 noyabrda, ailənin virusa yoluxmuş üzvü ilə kontakta görə keçdi.