Amiran Qamğrelidze - iyulun əvvəlində peyvənd briqadalarının sayı 300-dən 350-ə qədər artacaq, peyvənd mərkəzləri də artırılacaq
Amiran Qamğrelidze - iyulun əvvəlində peyvənd briqadalarının sayı 300-dən 350-ə qədər artacaq, peyvənd mərkəzləri də artırılacaq

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, iyulun əvvəlində peyvənd briqadalarının sayı 300-dən 350-ə qədər artacaq.

Onun dediyinə görə, Tbilisi və böıgələrdə peyvənd mərkəzləri də artırılacaq.

“Kütləvi vaksinasiya mərkəzlərinin seçilməsi həyata keçirilir, lakin briqadaların sayı genişləndirilir. Ötən həftə 272 idi, gələn həftə təxminən 20-ə qədər yenə artacaq və iyulun əvvəlində peyvənd briqadalarının sayı 300-dən 350-ə qədər artacaq. Paralel olaraq, böyük məkanlar seçildi, onlardan biri artıq gələn həftədən bir neçə briqada ilə “Hualinqdir”. Həmçinin, Tbiilisidə “Ekspocorciya” ilə və daha bir neçə məkan ilə danışıqlar aparılır. Həmçinin, İmeretidə, Batumidə, Rustavidə bölgələr müvafiq məkanlar seçiblər.

İyuldan vaksinlərin böyük miqdarını gözləyirik, bu da bizə ölkədə kütləvi vaksinayaya başlamaq imkanını verəcək. İlk növbədə buna qədər istifadə etdiyimiz eyni dörd vaksin olacaq. Gələn həftə təxminən 43 000 doza “astrazeneka”, sonra isə, yarım-yarım milyon “sinovak” və “sinofarm” daxil olacaq. “Fayzerlə” bağlı prosedurların həlli başa çatır. İlin üçüncü kvartalında olacaq”, – Amiran Qamğrelidze bəyan edir.